Ucarda fermerlərə kombayn verilib

Ucarda fermerlərə kombayn verilib
# 24 may 2014 14:24 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasına gətirilən yeni kombaynlara baxış keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, nazir öncə təchizat bazasında yaradılmış şəraitlə tanış olub, sonra isə respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara kombaynların sənədlərini təqdim edib.

H.Əsədov qeyd edib ki, prezidentin tapşırığına əsasən Azərbaycana yeni kombaynların gətirilməsi prosesi davam etdiriləcək.

Qeyd edək ki, bu il Azərbaycana 471 ədəd yeni kombayn gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR