Didye Burkhalter: “Mövcud status-kvo davam edə bilməz”

Didye Burkhalter: “Mövcud status-kvo davam edə bilməz”
# 04 iyun 2014 12:23 (UTC +04:00)

APA-nın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalterlə keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, münaqişənin həlli yolları axtarılarkən “Dağlıq Qarabağ xalqı”nın mövqeyi və istəkləri nəzərə alınmalıdır.

D. Burkhalter isə bəyan edib ki, mövcud status-kvo davam edə bilməz: “Biz addım-addım sülhə doğru hərəkət etməliyik”. O, Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüş keçirməyə dəvət etməsini alqışlayıb: “Konseptual məsələlərin müzakirə oluna biləcəyi bu görüş razılıq əldə olunmasına aparıb çıxaracaq yeni bir mərhələnin başlanğıcı ola bilər”.

D. Burkhalter qeyd edib ki, tərəflər istəyərsə, İsveçrə bu məsələdə maddi və ekspert yardımı göstərməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR