Dow Jones indeksi 0,2%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,5% enib
# 10 oktyabr 2013 07:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 14 803 bəndədək, S&P 500 0,1% - 1 656 bəndədək yüksəlib, Nasdaq 0,5% - 3 678 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra siyasi amil təsir edir. Belə ki, Federal Ehtiyat Sisteminin rəhbəri vəzifəsinə namizəd olan Canet Yellen bəyan edib ki, iqtisadiyyatın stimullaşdırılması üçün yeni tədbirlər görülməlidir. Bundan əlavə, büdcə böhranı da bazara mənfi təsir göstərir.

Avropa fond bazarlarında oktyabrın 9-da FTSE 100 indeksi 0,4% - 6 338 bəndədək, Almaniya DAX-ı 0,5% - 8 517 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 127 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% azalaraq 1 303,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3497 dollar (-0,5%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR