Şabranda xanım sürücü avtomobili dəmir maneəyə çırpıb, xəsarət alanlar var - VİDEO

Şabranda xanım sürücü avtomobili dəmir maneəyə çırpıb, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 13 may 2014 06:45 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Ötən gün axşam saatlarında Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 33 yaşlı Jalə Əliyevanın idarə etdiyi 90 UF 156 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb.

Nəticədə sürücü Jalə Əliyeva və onun sərnişini, Şabran rayonu Şahnəzərli kənd sakini, 40 yaşlı Sevda Ələkbərova müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisənin dəqiq başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində aparılan araşdırmaların sonunda məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR