ABŞ Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər
# 12 dekabr 2013 01:56 (UTC +04:00)

Bakı-APA. ABŞ hökuməti Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

“Bütün addımlar nəzərdən keçirilir, o cümlədən sanksiyalar. Lakin hələlik qiymətləndirmə yekunlaşmayıb, qərarlar qəbul olunmayıb”, - deyə o vurğulayıb.

Psaki qeyd edib ki, Ukraynanın Avropaya inteqrasiya yolu ilə getməyə hələlik imkanı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR