Gəncə sakini intihara cəhd edib

Gəncə sakini intihara cəhd edib
# 18 sentyabr 2013 01:34 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 17-də axşam saatlarında Gəncənin Kəpəz rayonunda 1 nəfər kişi intihara cəhd edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat nazirliyin Gəncə Regional Mərkəzinə daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs özünü çaya atmağa cəhd edir. Görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb. Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR