Bakı. Real Cəfərli - APA. İran və İraq Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
APA-nın İSNA-ya istinadən məlumatına görə, saziş Tehranda səfərdə olan İraq Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əli Hüseyn Əli və İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, general Əli Fədəvi arasında bağlanıb.
Müqavilə Fars körfəzində iki ölkə arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edir.