Bakıda sərnişin avtobusu 45 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda sərnişin avtobusu 45 yaşlı piyadanı vuraraq öldürüb
# 14 fevral 2014 07:14 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 20-ci sahədə, Nemətzadə küçəsi 25-in qarşında qeydə alınıb.

Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Fərid Əhmədiyyə oğlu Qarayev idarə etdiyi 10 TF 573 dövlət nömrə nişanlı, 120 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Stolyarov Alik Viktoriviçi vurub.

Piyada yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR