Avropa İnsan Haqları Məhkəməsi şikayətlərin qəbulu barədə tələblərini sərtləşdirir

Avropa İnsan Haqları Məhkəməsi şikayətlərin qəbulu barədə tələblərini sərtləşdirir
# 11 dekabr 2013 13:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeni ildən yeni qaydalar qüvvəyə minəcək. Yeni qaydalarda iki keyfiyyət dəyişikliyi var. Birinci dəyişiklik məhkəməyə təqdim olunan materiallar və sənədlərə aiddir. Tələb olunan sənədlərdə natamamlıq olarsa, şikayət qəbul edilməyəcək.

İkinci dəyişiklik şikayətlərin verilmə müddəti ilə əlaqəlidir. İndiki qaydalara əsasən şikayət ölkə daxilində ən yüksək məhkəmə instansiyasının qərarından sonrakı 6 ay ərzində verilə bilər. Bu müddətin dayandırılması (kəsilməsi) imkanı da var. Dəyişiklik bu müddəa ilə bağlı olacaq və yalnız yeni qaydalara əsasən verilən şikayətlərə şamil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR