ATƏT PA məruzəçisi ATƏT-in yerlərdəki ofislərinin təmsilçilik səviyyəsinin azaldılmasından məyus olduqlarını açıqlayıb

ATƏT PA məruzəçisi ATƏT-in yerlərdəki ofislərinin təmsilçilik səviyyəsinin azaldılmasından məyus olduqlarını açıqlayıb
# 24 oktyabr 2013 12:00 (UTC +04:00)

APA-nın ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Q. Komiç Vyanada keçirilən toplantıda deyib. O, ATƏT-in Minsk şəhərindəki ofisinin və Gürcüstandakı missiyasının bağlandığını xatırladıb: “Bu missiyalar insan haqları baxımından vacib nöqtələrdə fəaliyyətini dayandırıb. ATƏT-in Bakı ofisinin statusu da layihələrin koordinatoru səviyyəsinə endirilib”.

Q. Komiç ATƏT məkanında insan haqlarının durumu, o cümlədən miqrasiya məsələləri və terrorçuluqla mübarizə sahəsində vəziyyətdən narahatlığını da ifadə edib.

Toplantıda ATƏT məkanında mətbuat azadlığının vəziyyəti də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR