MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçiriləcək

MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçiriləcək
# 28 oktyabr 2013 08:41 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Noyabrın 1-də Minskdə ATƏT mövzusunda üzv ölkələrin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. APA-nın MDB İcra Komitəsinə istinadən verdiyi məlumata görə, görüş zamanı XİN təmsilçiləri ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-6-da Kiyevdə keçiriləcək yığıncağı ərəfəsində ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, ATƏT-ə hazırda Ukrayna sədrlik edir. 2014-cü ildən etibarən sədrlik İsveçə keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR