ABŞ yaxın bir il ərzində təxminən 13 yeni nəsil nüvə reaktorunu istismara verməyi planlaşdırır.
APA xəbər verir ki bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtondakı Atlantik Şurasının təşkil etdiyi enerji forumunda çıxışı zamanı bildirib.
“Beş gün əvvəl yeni nəsil nüvə reaktorlarımızdan biri kritik mərhələyə çatdı. Hesab edirik ki, iyulun 4-dək daha iki belə reaktor istifadəyə veriləcək. Bundan əlavə, növbəti 12 ay ərzində işə salınması nəzərdə tutulan daha 10 layihə üzərində iş gedir”, - deyə Rayt bildirib.
Nazir vurğulayıb ki, ABŞ yeni nəsil nüvə texnologiyalarını inkişaf etdirməyə və iri nüvə reaktorlarının tikintisi üçün potensial yaratmağa davam edəcək.