Bank Of Baku

CENTCOM: ABŞ Ordusu İrana zərbələri başa çatdırıb

CENTCOM: ABŞ Ordusu İrana zərbələri başa çatdırıb
# 10 iyun 2026 06:04 (UTC +04:00)
0:00 / 0:00
80%

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq həyata keçirilən hərbi əməliyyatın başa çatdığını açıqlayıb.

APA-nın məlumatına görə, CENTCOM-un yaydığı bəyanatda bildirilir ki, əməliyyat iyunun 9-da ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilib.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və müşahidə radarlarını yüksək dəqiqlikli sursatlarla vurub.

CENTCOM əməliyyatın ABŞ qüvvələrinə və regional sulardan keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara proporsional cavab olduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri İran tərəfindən mümkün təhdidlərə qarşı ayıq vəziyyətdə qalır və müdafiə tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR