Bank Of Baku

ABŞ-da aralıq seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı 58,7 milyona çatıb

ABŞ-da aralıq seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı 58,7 milyona çatıb
# 03 noyabr 2026 16:19 (UTC +04:00)

ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində erkən səsvermədə iştirak edənlərin sayı rekord həddə çataraq 58,7 milyona yüksəlib.

"Al Jazzera" xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Laboratoriyasının təhlilində bildirilib.

Məlumata görə, təxminən 210 milyon qeydə alınmış seçicinin 58,7 milyonu seçkilərdən əvvəl səs verib. Onlardan 31,9 milyonu şəxsən seçki məntəqələrində, 26,8 milyonu isə poçt vasitəsilə səsvermədə iştirak edib.

Bu göstərici 2022-ci ildə keçirilmiş aralıq seçkilərində erkən səsvermədə iştirak edən 46 milyon nəfəri xeyli üstələyir.

Partiya mənsubiyyətinə görə məlumatların toplandığı ştatlarda erkən səs verənlərin 12,5 milyonu Demokratlar Partiyasının, təxminən 9 milyonu isə Respublikaçılar Partiyasının qeydiyyatında olan seçicilərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR