ABŞ “Hizbullah”ı maliyyələşdirdiyinə görə 10 şəxsə sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Sənəddə “Hizbullah”a vəsait köçürməkdən məsul olan şəbəkənin bir hissəsi olan 10 şəxsi sanksiya siyahılarına əlavə edildiyi bildirilir.
Məlumata görə, bu şəbəkə yüz milyonlarla dollar köçürmək üçün Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya uçuşları həyata keçirən kuryerlərdən istifadə edir. Bu isə “Hizbullah”a valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verir.