Bank Of Baku

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıb
# 20 oktyabr 2026 04:16 (UTC +04:00)

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib.

Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb.

“Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, – vitse-prezident vurğulayıb.

Vens Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Onun sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları bəzən üst-üstə düşmür.

Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib.

“Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, – Vens bildirib.

O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyini, lakin Kiyevin Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmalı olduğunu qeyd edib.

“Bildiyimə görə, bizim Ukrayna ilə rəsmi müttəfiqlik münasibətlərimiz yoxdur”, – ABŞ vitse-prezidenti əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR