ABŞ administrasiyası Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü təsdiqləməyib.
Bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət “Patriot” zenit-raket komplekslərində istifadə olunan raket-tutucuların Ukraynaya göndərilməsindən gedir.
Vaşinqtonun bu qərarının səbəbləri və tədarükün gələcəkdə təsdiqlənib-təsdiqlənməyəcəyi barədə əlavə məlumat verilməyib.