FHN-in “112” zəng mərkəzinə ötən il 20927 zəng  daxil olub

FHN-in “112” zəng mərkəzinə ötən il 20927 zəng  daxil olub
# 06 mart 2013 09:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ötən il “112” zəng mərkəzinə 20927 zəng daxil olub. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə ötən ilin yekunları ilə bağlı təqdim olunan hesabatda qeyd olunub.

“112” zəng mərkəzinə daxil olan-müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi ilə bağlı 1623, Dövlət Yanğın Mühafizə xidmətinə 3057, Dövlət Yanğın Nəzarət Xidmətinə, 509, Nazirliyin Regional Mərkəzlərinə 5367, su hövzələrində xilasetmə işləri ilə bağlı 141, tikintidə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı 641, sənayedə dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması ilə bağlı 45, təcili tibbi yardımla bağlı 997, daxili işlər orqanlarına aid 936, rayon icra hakimiyyətlərinə aid 3713 və digər müraciətlərlə bağlı cəmi 20927 zəng icraya yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR