Myanmada bərənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Myanmada bərənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
# 02 noyabr 2015 04:24 (UTC +04:00)

Bakı-APA. Myanmada bərənin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, daha 6 nəfər itkin düşmüş hesab edilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Çinduin çayında qeydə alınıb.

İlkin məlumata əsasən, çay bərəsinin göyərtəsində 65 sərnişin olub.

Qəzanın başvermə səbəbi hələ ki, məlum deyil. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR