İranın vitse-prezidenti: “Çavesin anası Əhmədinejadın əlindən tutmaq istəyib, ancaq İran prezident əlini geri çəkib” - FOTOSESSİYA

İranın vitse-prezidenti: “Çavesin anası Əhmədinejadın əlindən tutmaq istəyib, ancaq İran prezident əlini geri çəkib” - <span style="color: red;">FOTOSESSİYA
# 10 mart 2013 20:54 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Martın 8-də Venesuela prezidenti Uqo Çavesin dəfn mərasimində iştirak edən İran prezidenti Mahmud Əhmədinejadın mərhumun anası Elena Frias ilə səmimi görüşü ölkə daxilində ciddi müzakirələrə səbəb olub.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, İranın tanınmış siyasətçiləri və din xadimləri prezidentin bu jestini sərt tənqid edib, ölkənin kütləvi informasiya vasitələri M. Əhmədinejadı tənqid edən yazılar yayıblar.

Məsələyə münasibət bildirən İranın vitse-prezidenti Məhəmmədrza Mirtacəddini deyib ki, M. Əhmədinejad sadəcə Uqo Çavesin anasının öz duyğularını ifadə etməsinə qarşılıq verib: “İran prezidenti E. Friasın əlindən tutmayıb. Mərhumun anası M. Əhmədinejadın əlindən tutmaq istəyib, ancaq İran prezident əlini geri çəkib”.

M. Əhmədinejadı müdafiə edən hakimiyyətyönlü KİV isə onun doğru addım atdığını yazıb. Məsələn, “İran” qəzeti bir neçə şəkil dərc edib. Həmin şəkilləri əsas gətirilərək, M.Əhmədinejadın naməhrəm qadınlarla görüş məsələsində islam qaydalarına riayət etdiyi qeyd olunub.

Qeyd edək ki, İranda yüksək rütbəli rəsmilər, xüsusilə M.Əhmədinejad ictimaiyyət qarşısında qadınlara məsafəli yaxınlaşır, onlarla fiziki təmasdan çəkinir. Ancaq İran prezidenti U. Çavesin dəfn mərasimində mərhumun anası E. Friasın ağrı-acısını bölüşərkən əlini tutub, ana da başını M. Əhmədinejadın çiyninə qoyub. Bundan sonra İran prezidenti də E. Friasa qoşularaq ağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR