Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirib

Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirib
# 05 aprel 2013 11:51 (UTC +04:00)

Fonddan «APA-Economics»ə verilən məlumata görə, aprelin 5-də ARDNF tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troya unsiyası) Britaniyanın «Brinks Qlobal Servisiz» şirkəti tərəfindən Azərbaycana gətirilib. Qızıl müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 4 tona (128 600 troya unsiyası) çatdırılıb.

Ümumilikdə isə ARDNF-in investisiya məqsədilə aldığı qızılın həcmi 19 tona çatıb. Fondun məlumatına görə, aprelin 5-ə olan tarixə ARDNF-in investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 18 666 kq (600 146 troya unsiyası) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR