Rusiyada Azərbaycan vətəndaşını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Rusiyada Azərbaycan vətəndaşını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 25 fevral 2015 14:27 (UTC +04:00)

APA-nın Rusiya bürosunun məlumatına görə, Yelizovo şəhərində azərbaycanlını öldürməkdə təqsirləndirilən Çita şəhəri sakininin cinayət işi üzrə istintaq yekunlaşıb.


Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabrın 28-də baş verib. Çita şəhərinin 29 yaşlı sakini ilə 53 yaşlı azərbaycanlı arasında kafedə mübahisə düşüb. Onlar mübahisəni küçədə davam etdirmək qərarına gəliblər. Nəticədə Çita sakini azərbaycanlını vəhşicəsinə döyərək yaxınlıqdakı Polovinka çayına atıb. Huşsuz halda çaya düşən həmyerlimiz suda boğularaq ölüb.

Cinayəti tərədən şəxs hadisə yerindən qaçsa da, iki həftə sonra onu yaxalamaq mümkün olub.

Azərbaycanlını qətlə yetirən şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Əməli sübuta yetiriləcəyi təqdirdə, onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR