Bakı-Böyük Kəsik dəmir yolu xəttində ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib - FOTO

Bakı-Böyük Kəsik dəmir yolu xəttində ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib - <span style="color: red;">FOTO
# 15 iyul 2014 10:40 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Salahlı-Poylu mənzilinin 73-cü kilometrindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, tədbirdə QSC-nin sədr müavini Qurban Nəzirov və müvafiq qurumların rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, Salahlı-Poylu mənzilinin 73-cü kilometrində (Kür çayı üzərindən keçən) ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolunun qoyuluşu həyata keçirilib. Yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq yeni tikilən körpünün üzərindən keçməklə, Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər davam edib. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Bakı-Böyük Kəsik sahəsində artmaqda davam edən dəmir yolu ilə yük daşımalarının həcmini tam yerinə yetirmək, yüklərin mənzil başına vaxtında və itkisiz çatdırılmasını təmin etmək üçün Salahlı-Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünün tikintisi tələb olunub. Körpünün tikintisinə 2008-ci ildə başlanıb və 2014-cü ildə başa çatdırılıb. Körpünün tam uzunluğu 208, 44 metrdir. Həmin körpünün faydası ondan ibarətdir ki, bu sahədə birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəz olunacaq və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. İkinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR