Azərbaycana İslam Əməkdaşlıq Təşkilatının Cammu-Kəşmir üzrə əlaqə qrupuna daxil olmaq təklif edilib

Azərbaycana İslam Əməkdaşlıq Təşkilatının Cammu-Kəşmir üzrə əlaqə qrupuna daxil olmaq təklif edilib
# 08 fevral 2013 13:27 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Cammu-Kəşmir məsələsi üzrə əlaqə qrupuna daxil olmaq barədə təklifi öyrənir. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycanın beynəlxalq miqyasda nüfuzu və ölkəyə duyulan etimad artır: “Azərbaycanın Cammu-Kəşmir üzrə İƏT əlaqə qrupuna dəvət edilməsi ilk belə hal deyil. Ölkəmiz əvvəllər də müxtəlif əlaqə qruplarına dəvət edilib. Hazırda biz bu təklifi nəzərdən keçiririk”.

Xatırladaq ki, təklif İƏT-in Qahirədə keçirilən zirvə toplantısı zamanı daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR