Bakıda bölmə rəisinin xidməti avtomobili sərnişin avtobusu ilə toqquşub

Bakıda bölmə rəisinin xidməti avtomobili sərnişin avtobusu ilə toqquşub
# 16 iyul 2015 09:29 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Binəqədi rayonunun Cəfər Xəndan küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Azad Əhmədovun idarə etdiyi, 13 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə Bakı şəhər sakini, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Anar Şıxəliyevin idarə etdiyi 90-AP-982 dövlət nömrə nişanlı, “Nissan Sunny” markalı xidməti avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR