"Unibank" "Albalı Plus" sahibləri üçün 10%-lik endirim təklif edir

"Unibank" "Albalı Plus" sahibləri üçün 10%-lik endirim təklif edir
# 29 may 2015 12:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Mayın 30-31-də “Ali&Nino” kitab mağazalarında yalnız "Albalı Plus" kart sahibləri üçün alış-verişə 10%-lik endirim edilir.

“Unibank”dan “APA-Economics”ə verilən xəbərə görə, bank kampaniya çərçivəsində "Albalı Plus"la edilən dövriyyənin bir hissəsini uşaq evinə hədiyyə edəcək.

Bu məbləğə kitab, dərs ləvazimatı alınaraq, paytaxtdakı uşaq evlərindən birinə hədiyyə olunacaq. Siz də həm sərfəli qiymətə kitab, məktəb ləvazimatları almaq, həm də alış-verişinizlə “Unibank”ın sosial aksiyasına qatılaraq uşaqları sevindirmək istəyirsinizsə, o zaman "Ali&Nino” kitab mağazalarına buyurun.

“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - "Albalı Plus" kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. "Albalı Plus" beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az , albali.az saytlarından, “Albalı Plus” mobil əlavəsindən və yaxud bankın Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR