Bakı-Quba yolunda iki yük avtomobili toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Quba yolunda iki yük avtomobili toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2015 10:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da saat 05 radələrində Sumqayıt şəhərində Bakı şəhər sakini Bayram Bayramovun idarə etdiyi “HOWO” və Zaqatala rayon sakini İlqar Tinayevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, habelə İ.Tinayevin sərnişini xəstəxanaya yerləşdirilib. İ.Tinayev orada ölüb.

***

16 noyabr saat 10.13

Bakı. Hafiz Heydərov – APA. Bakı-Quba yolunda iki yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba magistral avtomobil yolunda "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Sumqayıt Regional Mərkəzinin xilasediciləri "Howo" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR