“BMT-nin Baş katibi Antonio Quterreş və ABŞ prezidenti Donald Tramp arasında Baş Assambleyanın 81-ci sessiyası çərçivəsində görüş hələ planlaşdırılmayıb, lakin onun baş tutacağına şübhə yoxdur”.
APA xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik məlumat verib.
"Şübhə etmirəm ki, o, (Quterreş) bunu edəcək. Çünki o, həmişə ev sahibi ölkənin prezidenti ilə, adətən BMT Baş Assambleyasının ümumi müzakirəsinin ilk günündə görüşür", - Dujarrik deyib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatı 22-26 sentyabr və 28 sentyabr tarixlərində keçiriləcək.