Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 09 dekabr 2014 05:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,69 dollar ucuzlaşaraq 1 barelə görə 62,36 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,82 dollar ucuzlaşaraq 65,37 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR