Sumqayıt sakini barəsində külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb

Sumqayıt sakini barəsində külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb
# 04 iyul 2015 14:45 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini,1979-cu il təvəllüdlü Səbinə Kamil qızı Təhməzova Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Həbib Əsgər oğlu Miriyevdən onun övladını universitetə qəbul etdirmək adı ilə 10 min 600 ABŞ dolları alaraq ona qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR