Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Belarusun baş naziri ilə görüşüb

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Belarusun baş naziri ilə görüşüb
# 24 aprel 2013 08:50 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA-Economics. Belarusda keçirilən “TİBO-2013” informasiya sərgisində iştirak etmək üçün Minskdə səfərdə olan Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abasov Belarusun baş naziri Mixail Myasnikoviç ilə görüşüb.

APA-Economics”in BELTA agentliyinə istinadən xəbərinə görə, görüşdə Ə.Abbasov bildirib ki, Azərbaycan Belarusun kosmik sahədə texnologiyaların yaradılması və istifadəsində əldə etdiyi təcrübəyə maraq göstərir.


Onun sözlərinə görə, tərəflər təcrübə mübadiləsi, kosmosun tədqiqat sahəsində birgə texnologiyaların və layihələrin təşkil etmək niyyətindədir. Nazir vurğulayıb ki, Azərbaycan Belarusla informasiya-kommunikasiya texnologiya sahəsində əməkdaşlığını inkişaf etdirməyə hazırdır.


Belarus baş naziri isə öz növbəsində qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq kifayət qədər dinamik inkişaf edir, birgə proqramlar və layihələr icra olunur: “Əməkdaşlığımızın hər sahəsində etibarlı əlaqələr yaranıb. Belarus Azərbaycanla informasiya-kommunikasiya sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu sahə bizim ölkəmiz üçün prioritetdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR