Şəmkirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil aşıb, 3 nəfər xəsarət alıb
# 10 avqust 2015 08:36 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonun Zəyəm qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İdarəetmədən çıxan “Toyota” markalı avtomobilin aşması nəticəsində maşında olan 3 nəfər - Bakı şəhər sakinləri, 1989-cu il təvəllüdlü Əfsanə Kamilova, 1983-cü il təvəllüdlü Kamil Kamilov və İsmayıllı rayon sakini, 1957-ci il təvəllüdlü Bahar Kamilova müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR