Azərbaycan “The International Federation of Surveyors” təşkilatına üzv olub

Azərbaycan “The International Federation of Surveyors” təşkilatına üzv olub
# 05 iyul 2014 09:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində “The International Federation of Surveyors” beynəlxalq qeyri-hökümət təşkilatının XXV FIG konqresi keçirilib.

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 99 ölkədən 2 500-ə qədər nümayəndənin iştirak etdiyi konqresdə iştirakçılara 100-dən çox təqdimat edilib.

Konqresdə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsinin də təşkilata üzvlüyü qəbul edilib.

Təşkilata üzv olmağın əsas üstünlükləri beynəlxalq analoji təşkilatlarla əməkdaşlıq, təcrübə və biliklərin paylaşılması, artıq bir sıra beynəlxalq təşkilatlara üzv olmuş qurum və şəxslərlə əlaqələr, geodeziya, kadastr, topoqrafiya və s. sahələrdə beynəlxalq təcrübənin öyrənilməsi və asanlıqla tətbiqidir.

Qeyd edək ki, “The International Federation of Surveyors” 1878-ci ildə əsası qoyulub, BMT tərəfindən tanınan, dünyanın 120-dən çox ölkəsini təmsil edən geodezistlərin beynəlxalq qeyri-hökümət təşkilatıdır. Dünyanın 90-dan çox ölkəsinin 100-dən çox təşkilatının üzv olduğu qurumun illik iş planı Baş Assambleya tərəfindən təsdiqlənir və inkişaf etdirilir. Hər 4 ildən bir dünyanın müxtəlif ölkələrində təşkilatın konqresi keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR