Qax rayonunun daha iki kəndinə mavi yanacaq verilib

Qax rayonunun daha iki kəndinə mavi yanacaq verilib
# 15 fevral 2013 18:49 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qax rayonunun daha iki kəndinə mavi yanacaq verilib. Qax rayon İcra Hakimiyyəti İH aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Almalı və Ağçay kəndlərinə ilk dəfə olaraq təbii qaz çəkilib. Bu münasibətlə bu gün Almalı və Ağçay kəndlərində açılış mərasimləri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İB-nin nümayəndələri, Qax rayon İH-nin başçısı Musa Şəkiliyev, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak edib. Tədbirdə vurğulanıb ki, 395 abonenti olan Almalı kəndinin qazlaşdırılması məqsədilə uzunluğu 27 min 496 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 395 ədəd sayğac quraşdırılıb. 155 abonenti olan Ağçay kəndinə isə 10 min 660 metr uzunluğunda müxtəlif diametrli polietilen borular çəkilib, 155 ədəd sayğac quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR