“NBC Bank” kapitalını artırır

“NBC Bank” kapitalını artırır
# 25 noyabr 2014 15:04 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bakı Fond Birjasında (BFB) “NBC Bank” ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 243,60 manat, sayı 20 535 ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. 002 326 min manat təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edir.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 10,74% artaraq 51,538 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR