Londonda Qərbi Avropanın ən böyük məscidi yanıb

Londonda Qərbi Avropanın ən böyük məscidi yanıb
# 26 sentyabr 2015 21:36 (UTC +04:00)

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə yerinə 70 yanğınsöndürmə briqadası cəlb edilib.

Şahidlərin sözlərinə görə, yanğın qısa zamanda məscidin birinci mərtəbəsini və bitişik tikilini tamamilə əhatə edib.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun dəm qazından zəhərləndiyi bildirilir.

Londonun Mordene rayonunda yerləşən “Beytül-Fütuh” məscidinin ümumi sahəsi 21 min kv.m təşkil edir və eyni vaxtda 10 min dindar qəbul edə bilər. Məscidin 4 il davam edən (1999-2003 –cü illər ) tikintisinə 5,5 mln funt sterlinq sərf edilib. Minarələrin hündürlüyü müvafiq olaraq 35 və 25,5 metrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR