Kubada peşəkar boksa qoyulmuş qadağa ləğv olunub

Kubada peşəkar boksa qoyulmuş qadağa ləğv olunub
# 27 aprel 2013 09:57 (UTC +04:00)

Bakı-APA. Kuba ölkə ərazisində peşəkar boksa qoyulmuş qadağanı 51 il sonra ləğv edib. APA-nın məlumatına görə, bu ilin noyabrından başlayaraq sponsora malik peşəkar boksçular WSB liqasında döyüşə biləcəklər. Söhbət ayda hər boksçunun 500-3000 dollar pul qazanmasından gedir. Müqayisə üçün qeyd edək ki, Kubada fəhlə ayda 20 dollar maaş alır.

Qeyd edək ki, adada peşəkar boksa qadağa 1962-ci ildə Fidel Kastro tərəfindən qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR