Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında Heydər Əliyev parkı açılıb - FOTOSESSİYA

Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında Heydər Əliyev parkı açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 aprel 2013 15:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığında Heydər Əliyev parkı açılıb.

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor Təşkilatından APA-ya verilən məlumata görə, park ARDNŞ-ın Ukrayna nümayəndəliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə salınıb.

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə salınan parkın açılışında Ukrayna baş nazirinin müavini Konstantin Qrişenko, Kiyev şəhər administrasiyasının rəhbəri Aleksandr Popov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli iştirak edib.

K.Qrişenko çıxışında Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin və ARDNŞ-ın Ukrayna nümayəndəliyinin əməkdaşları, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor Təşkilatının üzvləri, iki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR