Gəncədə sirkə turşusundan zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1971-ci il təvəllüdlü Mayılova Nəhayət sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.