Ukraynanın şərqində pusquya düşən 10 əsgər ölüb - YENİLƏNİB

Ukraynanın şərqində pusquya düşən 10 əsgər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2014 11:07 (UTC +04:00)

Bakı-APA. Ukrayanın şərqində pusquya düşən əsgərlərdən 10 nəfər ölüb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə antiterror əməliyyatının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Ölənlərin şəxsiyyətini müəyyənləşdirmək çətindir, çünki terrorçuların əksəriyyəti Ukrayna ordusunun geyimində olub.

***

11:32


Ukraynanın şərqində hökumət qüvvələrinin əsgərləri pusquya düşüblər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə antiterror əməliyyatının mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.

Hadisə Donetsk vilayətinin Şaxtyorsk yaşayış məntəqəsi yaxınlığında baş verib. Pusquda dayanan terrorçular qəfildən ukraynalı xüsusi təyinatlılara atəş açıblar.

Hökumət qüvvələrinin itki verdiyi bildirilsə, ölənlərin dəqiq sayı açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR