XİN başçısı: “Suriya ərazisində hər hansı hava əməliyyatı həyata keçirilsə, bizim havadan müdafiə sistemlərimiz dövrəyə girəcək”

XİN başçısı: “Suriya ərazisində hər hansı hava əməliyyatı həyata keçirilsə, bizim havadan müdafiə sistemlərimiz dövrəyə girəcək”
# 25 avqust 2014 16:46 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Dəməşqdən icazəsiz Suriya ərazisində silahlı islamçılara qarşı hər hansı əməliyyat olacağı təqdirdə sərt tədbirlər görüləcək”.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Suriya xarici işlər naziri Vəlid əl-Müəllim çıxış edib.

O, ölkəsinin terrora qarşı əməkdaşlığa açıq olduğunu, “İslam dövləti” qruplaşmasına qarşı hər hansı tədbirlərə əməkdaşlıq edə biləcəklərini dilə gətirib: “Suriyanın suverenliyinə hörmət edilməli və bu ölkənin hökuməti hər hansı danışıqlarda tərəf müqabili olmalıdır. Əgər Suriya ərazisində hər hansı hava əməliyyatı həyata keçirilsə, bizim havadan müdafiə sistemlərimiz dövrəyə girəcək”.

Nazir BMT Təhlükəsizlik Şurası tərəfindən “İslam dövləti” və “Əl-Nusra”ya qarşı 2170 saylı qətnaməyə toxunaraq, bu qətnamənin tətbiq olunmamasından narazılıq ifadə edib.

O, ABŞ xüsusi xidmətlərinin İŞİD-in əlindəki girovları qurtarmaq üçün bir müddət əvvəl Suriyada əməliyyat keçirməsi xəbərini də şərh edib: “Əgər belə əməliyyat olsaydı və bizimlə koordinəli şəkildə iş görülsəydi, uğursuzluqla nəticələnmə ehtimalı az olardı. Terrorçuların maliyyə mənbəyi və keçidləri bağlanmadan, İŞİD və “Əl-Nusra”ya endirilən hava zərbələri yetərli olmayacaq”.

Əl-Müəllim Tabka hərbi aeroportunun İŞİD tərəfindən ələ keçirilməsi faktını Dəməşqin qərarı ilə əlaqələndirib: “Suriya ordusu İŞİD-in hücumlarının qarşısını dəfələrlə aldı, onlarla üzvlərini öldürdü. Amma bu dəfə əsgərlərimizin həyatını gözə alaraq, İŞİD üstünlüyü ələ almamış qüvvələrimizi texnika ilə birlikdə geri çəkdik, hava limanını boşaltdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR