ABŞ hakimiyyəti BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində iştirak edən İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb.
“Axios”un ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, iranlı diplomatlar Baş Assambleyanın ümumi siyasi müzakirələri başa çatdıqdan xeyli sonra Nyu-Yorkda aşkarlanıblar.
“İran nümayəndə heyətinin daha iki üzvü BMT Baş Assambleyasının müzakirələri başa çatdıqdan xeyli sonra Nyu-Yorkda tapılıb. Onlar artıq ölkədən çıxarılıblar”, – mənbə bildirib.
Portalın məlumatına görə, diplomatlar şənbə günü ABŞ-ı tərk ediblər. ABŞ Dövlət Departamenti hələlik bu məlumatın təsdiqlənməsi ilə bağlı sorğuya cavab verməyib.
“Axios” baş verənləri münaqişənin nizamlanması istiqamətində səylərin nəticəsiz qalmasının və hərbi əməliyyatların davam etməsi ehtimalının artmasının göstəricisi kimi qiymətləndirib.