ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukraynanın Rusiyadakı neft emalı zavodlarına (NEZ) zərbələr endirməsini dayandırmağı tələb edib.
APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Portalın mənbəsinin sözlərinə görə, Tramp dəfələrlə Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı xahiş edib.
Nəşrin məlumatına görə, bu zərbələr dünya üzrə dizel yanacağının qiymətlərinin artmasına səbəb olur.