Şəkidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Şəkidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 09 sentyabr 2016 14:58 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Şəki regional Mərkəzindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Şəki rayonunun Cuma kəndi ərazisindən keçən hissəsində baş verib.

Vaqif Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil Qax rayonunun Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobildə olan bir ailənin üzvləri - Qax rayonunun Turaclı kənd sakinləri, 1971-ci il təvəllüdlü Səbuhi Əsəd oğlu Həsənov, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Sevgili Köçəri qızı Həsənova, 1964-cü il təvəllüdlü Diləfruz Əsəd qızı Vəliyeva və 1958-ci il təvəllüdlü Tükəzban Məhəmməd qızı Əsədova müxtəlif dərəcəli xəsarətlər alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (MXR) yerləşdiriliblər.

Şəki RMX-dan bildirilib ki, Səbuhi Həsənov və Sevgili Həsənovanın vəziyyəti ağır olduğundan onlara xəstəxananın reanimasiya şöbəsində təcili yardım göstərilir.

Digərlərinin vəziyyətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı DİN Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər Mingəçevir şəhərindən toy mərasimindən Qaxa qayıdırmışlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR