Avropa fond indeksləri enib

Avropa fond indeksləri enib
# 19 fevral 2013 07:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 18-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,2% - 6 318 bəndədək, Almaniya DAX-ı 0,5% - 7 629 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 667 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, Avropa fond bazarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib. Eyni zamanda, Avropa Mərkəzi Bankının başçısı Mario Draqa bəyan edib ki, avronun məzənnəsinin sabitliyi vacib amil olsa da, AMB-nin siyasətinin əsas hədəfi deyil və bu bəyanat bazara müəyyən təsir göstərib.

Fevralın 18-də Prezidentlər Günü münasibəti ilə Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü nəticəsində isə, Dow Jones indeksi 0,1% - 13 982 bəndədək yüksəlib, S&P 500 0,1% - 1 520 bəndədək, Nasdaq 0,2% - 3 192 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 613,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3351 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR