Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elşad Həsənlinin məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il oktyabrın 12-də Xarici Dairəvi küçəsində Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilib.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon sakini, 1992-ci il təvəllüdlü Elşad Həsənli tutulub.