Paşha Bank
Bank Of Baku

Gözəllik salonunda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Gözəllik salonunda arvadını öldürmək istəyən şəxsin məhkəməsi başlayır
# 13 iyun 2019 09:48 (UTC +04:00)

Bakıda gözəllik salonunda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, Z. Rzayev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" Gözəllik Salonunda keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu tərəfindən bıçaqlanıb.

A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Z. Rzayevə Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR