İsrail təyyarələri Suriya ərazisinə zərbələr endiriblər

İsrail təyyarələri Suriya ərazisinə zərbələr endiriblər
# 04 may 2013 04:49 (UTC +04:00)

Bakı-APA. İsrail hərbi-hava qüvvələri Suriya ərazisinə zərbə endiriblər. APA-nın məlumatına görə, bu barədə CNN öz mənbələrinə istinadən xəbər verir.

Mənbələr ABŞ kəşfiyyatında Suriya ilə qonşu Livan üzərində çoxlu sayda İsrail hərbi təyyarəsinin olması barədə məlumat olduğunu bildirirlər.

Təyyarələrin Suriyadakı kimyəvi silah anbarlarını bombaladığı güman olunur. İsrail dəfələrlə Suriyadakı kimyəvi silahın silahlıların və islamçıların əlinə düşməsinə yol verməyəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR