“Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb

“Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb
# 19 fevral 2013 14:12 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. “Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla nazirliyimiz tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sahənin mədəni siyasəti təminat mexanizmlərinin monitorinqi aparılıb. Monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı “Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.

Nazir bildirib ki, aparılan islahatların davamı olaraq hazırda “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestrinin hazırlanması “Qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı”nın və “Azərbaycan qeyri-maddi mədəni irsinin infrasturktur vahidlərinin Dövlət Kadastrı”nın yaradılması, “Şəhər mədəniyyət mərkəzlərinin yaradılması layihəsi, “Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni turizm marşrutları”nın təşkil edilməsi və digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür. “Bakı şəhərinin Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi” və “Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı” Pilot layihələri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR