Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
# 23 sentyabr 2015 07:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 22-də Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov tutulub. Müəyyən edilib ki, o sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR